"Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı artıb. Ərəb ölkələrindən gələn turistlərin sayında isə azalma hiss olunur”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, Azərbaycana gələn turistlər müxtəlif ölkələri təmsile dirlər:
"Dövlət Sərhəd Xidmətinin məlumatına görə, bu ilin ilk yarısında Avropadan Azərbaycana gələn turistlərin sayı 40 faiz artsa da körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalıb. Ən yüksək artımlar isə Çin (7,2 dəfə artım), Türkmənistan (3,9 dəfə) və Hindistandan (3,1 dəfə) gələn turistlərin sayında müşahidə olunub”.
Deputat qeyd edib ki, turizm enerji sahəsindən sonra ölkəyə ən çox valyuta gətirən sektordur.
"2019-cu ildə ölkəyə 3 milyondan çox turist gəlmişdi və əcnəbilər həmin il Azərbaycanda 2.6 milyard dollara yaxın vəsait xərcləmişdilər. Ölkəmizə gələn turistlər daha çox Avropa və Cənubi-Şərqi Asiyanı təmsil edirlər. Bu amil həmin ölkələrlə əməkdaşlığımızı gücləndirir və turizm gəlirlərində dayanıqlığı artırır”.
Bahar Rüstəmli