Xəbər lenti

Avropa Parlamenti Azərbaycanla bağlı qərarını açıqladı
Siyasət17:05 05.09.2013

Avropa Parlamenti Azərbaycanla bağlı qərarını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Parlamentində Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək barədə qərar qəbul olunub. 

Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 5-də Avropa Parlamentinin Prezidentlər Konfransının iclası keçirilib. İclasda 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələrin siyahısı təsdiq edilib.

Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov AzərTAc-a bildirib ki, müzakirələr zamanı Azərbaycanın 5-ci ölkə olaraq 2013-cü ilin ikinci yarısında Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının göndəriləcəyi prioritet ölkələr siyahısına salınması barədə qərar qəbul edilib: "Prezidentlər Konfransının bu qərarı Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri ilə bağlı balanslaşdırılmış siyasət yürütmək istəyindən irəli gəlir".

Xatırladaq ki, hələ may ayında Azərbaycan hökuməti Avropa Parlamentinə oktyabr ayında ölkədə keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədi ilə dəvət göndərmişdi.

Qaynar.info