Xəbər lenti

Avropa Putin və azərbaycanlı jurnalisti “qara siyahı”ya saldı
Siyasət08:21 09.04.2014

Avropa Putin və azərbaycanlı jurnalisti “qara siyahı”ya saldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa İttifaqının maliyyə sanksiyası tətbiq edə biləcəyi Rusiya vətəndaşlarının genişləndirilmiş siyahısında 107 nəfərin adı var. 

Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Rusiyanın bütün siyasi rəhbərliyi, eləcə də tanınmış jurnalistlər də siyahıya daxil ediliblər.  Məlumatda qeyd edilir ki, Avropa İttifaqı sanksiyanı Rusiya Ukraynanın şərqinə hərbi qüvvə yerləşdiriləcəyi təqdirdə tətbiq olunacaq. 

Genişləndirilmiş siyahıda prezident Vladimir Putin, baş nazir Dmitri Medvedyev və xarici işlər naziri Sergey Lavrov  var. Tanınmış jurnalistlərə gəldikdə, Mixail Leontyev,  tanınmış azərbaycanlı jurnalist İradə Zeynalova və daha bir tanınmış bakılı Mixail Qusman da bu siyahıya daxil edilib.

Qaynar.info