Xəbər lenti

"Avropa Qapıları" cərimə olunur
Ekonomiks13:12 09.01.2024

"Avropa Qapıları" cərimə olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Avropa Qapıları" adı ilə tanınan məşhur şirkət barəsində cərimə protokolu yazılıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 444.2-ci (satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Avropa Qapıları" 600 manatdan 900 manatadək məbləğdə cərimə ediləbilər.
Əhməd