Xəbər lenti

Avropa Şurası Baş katibi İlqar Məmmədovla bağlı Ədliyyə nazirinə müraciət etdi
Siyasət07:37 05.08.2015

Avropa Şurası Baş katibi İlqar Məmmədovla bağlı Ədliyyə nazirinə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Azərbaycan Respublikası Ədliyyə naziri Fikrət Məmmədova məktubla müraciət edib.

Bu barədə məlumatı Qaynar.info-ya REAL-ın mətbuat xidmətindən verlib.

Məktubda O, son günlərdə REAL Hərəkatının Sədri İlqar Məmmədova qarşı olan təzyiqlərlə bağlı narahatlığı ifadə edib. Həmçinin İlqar Məmmədov haqqında Avropa İnsan Haqları Məhkəməsinin qərarını qeyd-şərtsiz və dərhal icra etməyə çağırıb.

İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı həbs edilib. 2014-cü il martın 17-də məhkəmənin hökmü ilə 7 il azadlıqdan məhrum edib.

İlqar Məmmədovun şikayətinə əsasən Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovla bağlı 2014-cü ilin dekabrında və 2015-ci ilin martında qərar çıxarıb. Bu ilin iyununda isə aralıq qətnamə qəbul edilib. Bu 3 qərarda Avropa Məhkəməsi Azərbaycan hakimiyyəti və Azərbaycan Ali hakimiyyətinə İlqar Məmmədovun dərhal azad olunmasına çağırış edir.

Buna baxmayaraq, İlqar Məmmədov hələ də həbsdə saxlanılır. Belə ki, Azərbaycan Ali Məhkəməsi 2015-ci il yanvarın 13-də İlqar Məmmədovun kassasiya şikayətinin baxışına başlayıb və işin baxılmasını təxirə salıb. Məhkəmə prosesi hələ də bərpa olunmayıb. 

Qaynar.info