Xəbər lenti

Avropa Şurasının baş katibi yanğında həlak olanların yaxınlarına başsağlığı verdi
Ölkə11:25 19.05.2015

Avropa Şurasının baş katibi yanğında həlak olanların yaxınlarına başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakıda hündürmərtəbəli yaşayış binasında baş vermiş dəhşətli yanğınla bağlı məlumat almışıq. Bu faciə zamanı həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verirəm”.

APA-nın məlumatına görə, bunu Avropa Şurasının baş katibi Tyorbörn Yaqland özünün “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, Brüsseldə Avropa Şurasının Nazirlər Komitəsinin iclası keçirilir. İclasda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.  

Qaynar.info