Dünya 15:29 09.05.2022

Avropa Şurasının baş katibi Ukraynada səfərdədir

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Ukraynaya yollanıb. 

Qaynarinfo xəbəre verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

Səfər zamanı Baş katib Borodyanka və İrpenə baş çəkib. Mariya Peyçinoviç-Buriç Kiyev vilayətinə səfəri zamanı dağılmış evlərə baxıb.

"Avropa Şurası Baş Katibi Mariya Buriçi Kiyevdə qarşılamağa şadam, onun rəhbərliyini, AŞPA və üzv dövlətlərin Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq AŞ çərçivəsində qəbul etdikləri mühüm qərarları yüksək qiymətləndiririk. Biz Rusiyanın törətdiyi cinayətlərə görə cavabdehlik daşıması üçün gələcək addımları müzakirə etdik", deyə Kuleba bildirib.

Aydın