
Avropada təhsil alan bir qrup tələbə Rəsul Cəfərovun azadlığa buraxılması üçün aksiya ediblər.
Qaynar.info xəbər verir ki, əyinlərinə Rəsul Cəfərovun şəkili olan köynən geyinən gənclər Azərbaycan hakimiyətindən Rəsul Cəfərovu azadlığıa buraxılmasını istəyiblər.
Rəsul Cəfərov aprelin 16-da 6 il 6 ay azadlıqdan məhrum edilib.
R.Cəfərov ötən il avqustun 2-də həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülmüşdü.
Beynəlxalq hüquq-müdafiə təşkilatı «Amnesty International» Rəsul Cəfərovu «vicdan məhbusu» kimi tanıyıb.
Elkin Xəlilov
Qaynar.info









