Xəbər lenti

Avropadan Rusiyaya daha sərt bir zərbə
Siyasət06:52 12.09.2014

Avropadan Rusiyaya daha sərt bir zərbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünən Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsiylə bağlı qərar çıxarıb. Buna baxmayaraq, AB-nin yaydığı bəyanatda bildirilib ki, əldə olunan razılaşmaya əsasən sülh planı işləsə, sanksiyalardan bəziləri təxirə salına bilər. 

ANN.Az-ın "euronews.com"a istinadən verdiyi xəbərə görə, əvvəlki sanksiyalar nəticəsində Rusiyanın beynəlxalq finansa çıxışına məhdudiyyətlər qoyulub. Yeni sanskiyalar Rusiyanın neft və qaz sənayəsinə daha ciddi zərbə vuracaq, sanksiyalar onun Artikanın nəhəng resurlarına çıxışını təmin edən texnologiyadan məhrum qalmasıyla nəticələnəcək. 

Rusiyanın Xarici işlər nazirliyində onların da cavab sanksiyaları tətbiq edəcəkləri bildirilib. 

"Bu, Avropa Birliyinin maraqlarına da zərbə vuran və əməkdaşlığa yaraşmayan siyasətdir. Rusiyanın liderləri bunu açıqca bəyan ediblər ki, biz də adekvat ölçülər götürəcəyik və bizim cavabımız ölkəmizin iqtisadiyyatına vurulan ziyanla bərabər olacaq", - nazirliyin təmsilçisi Aleksandr Lukaşeviç bildirib. 

Rusiyanın cavab sanksiyalarına avtomobillərin və bəzi istehlak mallarının idxal olunmasına qadağa daxil ola bilər. 

Tacikistdanda Çinlə iki günlük sammitdə iştirak edən Putin yeni sanskiyalar barədə suala cavabı belə olub ki, Rusiya işləməkdə və "yeni partnyorlarla" əlaqələr qurmaqda davam edəcək. 

O həmçinin Moskvanın Pekinlə yeni layihələr üzərində işlədiyini və bu prosesin inkişafa doğru getdiyini bəyan edib. 

Qaynar.info