Xəbər lenti

Avropalı səfirlər müxalifət liderlərilə görüşdü
Ölkə13:05 10.04.2013

Avropalı səfirlər müxalifət liderlərilə görüşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupuna (GR-DEM) daxil olan bir neçə ölkənin səfirlərindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib. 

Nümayəndə heyətinin üzvləri aprelin 10-da AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, ALP sədri Əvəz Temirxan və "El" hərəkatının sədri Eldar Namazovla görüşüblər.

Görüşdə prezident seçkiləri ərəfəsində Azərbaycanda demokratiya və insan hüquqları sahəsində durum və ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərinin icra vəziyyəti barədə müzakirələr aparılıb. Nümayəndə heyətinə Avropa Şurası Nazirlər Komitəsinin Demokratiya naminə Məruzəçilər Qrupunun (GR-DEM) sədri, Polşanın Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, xanım Ursula Gacek rəhbərlik edir.

Səfər aprelin 11-də yekunlaşacaq.

Qaynar.info