Xəbər lenti

Avropanın soyuq qış qorxusu: Qərbdəki anti-Ukrayna nümayişlərinin sirri (ŞƏRH)
Siyasət12:37 05.09.2022

Avropanın soyuq qış qorxusu: Qərbdəki anti-Ukrayna nümayişlərinin sirri (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çexiyanın paytaxtı Praqada 70 mindən çox nümayişçi artan enerji qiymətlərinə və Rusiya-Ukrayna müharibəsində hökumətin birtərəfli münasibətinə etiraz edib. Nümayişçilər yüksək enerji qiymətləri səbəbindən hökuməti istefaya çağırıb, çex xalqına və iqtisadiyyatına zərər vurduğu üçün Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının ləğv olunmasını və Çexiyanın neytrallığını tələb ediblər. 
Çexiyanın baş naziri Petr Fiala nümayişlərin dövlətin maraqlarına zərər vurduğunu söyləyərək, ölkədə Rusiyanın təbliğat və dezinformasiya təbliğatına inananların olduğunu bildirib. 
Qeyd edək ki, Avropa İttifaqına sədrlik edən Çexiyada 400 mindən çox ukraynalı mühacir var. Bundan başqa, rəsmi Praqa Rusiya-Ukrayna müharibəsinin başladığı 24 fevral tarixindən Kiyevə hərbi sursat və logistika baxımından dəstək verən aparıcı ölkələrdən biridir. 
Bənzər aksiyaların Almaniyanın Köln şəhərində də getdiyi bildirilir. Prosesin bu vəziyyətə çatacağı müəyyən qədər gözlənilən idi. Aydın məsələdir ki, keçirilən aksiyalar Moskvadan idarə olunur.
Moskva Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda Qərb ölkələrini qışın gəlməsilə çətin günlərin gözləyə biləcəyini ehtimal edərək, indidən yerli əhalini Rusiya əleyhinə olan hökumətlərinə qarşı qızışdırmağa meyllənib. Bu hal həm də Rusiyanın həqiqətən də sanksiyalar fonunda çıxılmaz vəziyyətdə olduğunun göstəricisidir. 
Maraqlıdır, çətin durumda olan Rusiya Qərb ölkələrində müharibə əleyhinə sözügedən kampaniyanın aparılmasına necə nail olur? Güman ki, havaların soyuması ilə anoloji aksiyalar digər Avropa ölkələrini də bürüyəcək. Bu sırada, İtaliya, Macarıstan, Fransa kimi ölkələrin adını da çəkmək olar. Bu vəziyyət o anlama gəlir ki, sanksiyalara rəğmən, Moskva Qərbdə təbliğat istiqamətində müəyyən nailiyyətlərə nail olub.
Son zamanlar bir sıra Qərb ölkələri, xüsusən də Baltikyanı dövlətlər Rusiyadan olan sıravi vətəndaşlara da viza verilməsinin əleyhinə çıxır. Görünür, Qərbin həmin istəkdə bulunmasında Moskvanın Avropada apardığı təbliğat kampaniyası da rol oynayıb. Sirr deyil ki, Avropa ölkələrində bir sıra siyasi partiyalar bu və ya digər dərəcədə Rusiya ilə əlaqələrə üstünlük verir. Belə siyasi qüvvələr arasında kommunist təmayüllülərlə yanaşı, Marin LePen kimi qatı ultramillətçilər, qatı solçular da var. Həmçinin, nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək üçün yaranmış bütün "fürsətlərdən” istifadə etməyi qarşıya məqsəd qoyan siyasi dairələr də mövcud şəraitdə Moskvanın maraqlarına cavab verən qüvvələrdir. Rusiyanın məhz bu amildən istifadə etməklə də şantaj yolu ilə Avropada özünə sərf edən ab-havanın formalaşmasına çalışdığı istisna deyil.
Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev bildirir ki, Rusiya Avropa ölkələrində özünə dəstək aksiyalarının keçirilməsinə nəzarətində olduğu "5-ci kolon” vasitəsilə nail olur:
"Rusiya hələ ki, çökməmiş imperiyadır. Kremlin nəinki  keçmiş sovet respublikaları və keçmiş sosialist ölkələrində, hətta dünyanın dörd bir qütbündə "5-ci kolon”u var. Onlar da bu gün Rusiyaya daha ciddi cəhdlə işləyir. Amma buna baxmayaraq, həmin qüvvələrin bu xidməti "ayı xidmətidir. Rusiyanı xilas etmək üçün nə qədər çalışsalar da buna nail ola bilməyəcəklər. Rusiyanın məğlubiyyəti qaçılmaz tarixi gerçəklikdir”. 
Rüfət Sultan