Niderland Krallığının Rotterdam şəhərində keçirilən "Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.
Qaynarinfo-nun məlumatına görə müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.
Azərbaycanı yarışmada "Mata Hari" mahnısı ilə Samira Efendi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayaraq cəmi 65 səs toplayıb.
01.10
Niderlandın Rotterdam şəhərində "Ahoy" arenasında keçirilən "Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin finalında bütün iştirakçıların çıxışları yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan təmsilçisi Samirə Əfəndi "Open Up” ("Açıl”) şüarı altında təşkil olunan builki yarışmanın finalında 21-ci sırada çıxış edib.
Albaniya, Kipr, İsrail, Belçika, Rusiya, Malta, Portuqaliya, Serbiya, Böyük Britaniya, Yunanıstan, İsveçrə, İslandiya, İspaniya, Moldova, Almaniya, Finlandiya, Bolqarıstan, Litva, Ukrayna, Fransa, Azərbaycan, Norveç, Niderland, İtaliya, İsveç və San-Marino ifaçılarının final çıxışlarından sonra səsvermə başlayıb.
00.40
Azərbaycan təmsilçisi Samirə Əfəndi Niderlandın Rotterdam şəhərində keçirilən "Avroviziya -2021” mahnı müsabiqəsinin finalında çıxış edib.
Qaynarinfo xəbər verir ki, o, "Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Azərbaycan təmsilçisinin çıxışı 21-ci olub.
Qeyd edək ki, final mərhələsində Azərbaycanla yanaşı, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan, Finlandiya, Böyük Britaniya, İspaniya, Almaniya, Fransa, İtaliya və Niderland təmsilçiləri çıxış edir.
Bu, sayca 65-ci müsabiqədir. Müsabiqədə 39 ölkə iştirak edib. "Avroviziya” 2020-ci ildə koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.
23.05
Niderlandın Rotterdam şəhərində "Avroviziya -2021” mahnı müsabiqəsinin final yarışması başlayıb.
Qaynarinfo-nun məlumatına görə, final mərhələsində Azərbaycan, İsrail, İsveç, Rusiya, Norveç, Malta, Serbiya, Litva, Kipr, Ukrayna, Belçika, Bolqarıstan, Albaniya, Moldova, Portuqaliya, İslandiya, San-Marino, İsveçrə, Finlandiya və Yunanıstan təmsilçiləri çıxış edir.
Müsabiqədə Azərbaycanı təmsil edən Samirə Əfəndi birinci yarımfinalda "Mata Hari” mahnısını ifa edib. Mahnını niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birs bəstələyiblər. Səsvermənin nəticələrinə əsasən Samirə Əfəndi finala vəsiqə qazanıb. Azərbaycan təmsilçisi 21-ci sırada çıxış edəcək.
Bu, sayca 65-ci müsabiqədir. Ötən il "Avroviziya” mahnı müsabiqəsi pandemiya səbəbindən təxirə salınıb.
<iframe width="380" height="214" src="https://www.youtube.com/embed/msfdz_aksY8" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">