"Avroviziya-2023” mahnı müsabiqəsi İngiltərənin Liverpul şəhərində keçiriləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə teleaparıcı Qrem Norton BBC Yayım Korporasiyasının efirində bildirib.
BBC Avropa Yayım Birliyi ilə birlikdə qalib ərizənin seçimini yekunlaşdırıb.
Seçimin nəticələrinə görə, "Avroviziya-2023”-ün keçiriləcəyi yer Liverpul olacaq.