Xəbər lenti

Avstraliya məhkəməsi Cokoviçin vizasını ləğv etdi
İdman07:56 14.01.2022

Avstraliya məhkəməsi Cokoviçin vizasını ləğv etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliya məhkəməsi kişi tennisçilər arasında dünyanın 1 nömrəsi sayılan Novak Cokoviçlə bağlı yekun qərarını açıqlayıb.
 
Qaynarinfo xəbər verir ki, məhkəmə Cokoviçin vizasını ikinci dəfə ləğv edib. Buna səbəb onun COVİD-19-la bağlı qaydalara riayət etməməsi olub. Avstraliya İmmiqrasiya Nazirliyi Cokoviçin peyvənd olunmadığı üçün cəmiyyəti risk altında qoyduğunu bildirib. Bu da o anlama gəlir ki, serbiyalı raketka ustası Avstraliya Açıq Tennis Turnirində iştirak edə bilməyəcək. 
"Covid-19" peyvəndi olub-olmadığını açıqlamayan Cokoviç, 17-30 yanvar tarixlərində Melburnda keçiriləcək Avstraliya Açıq Tennis Turnirinə tibbi istisna qərarı ilə qatılacağını bildirmişdi. Buna baxmayaraq Cokoviçin Avstraliyaya giriş vizası ləğv olunmuşdu. Daha sonra serbiyalı tennisçi məsələ ilə bağlı məhkəməyə müraciət etmiş və onun lehinə qərar çıxarılmışdı.
Səbuhi Həsənov