Xəbər lenti

Avstraliyalılar Əfqanıstanla yarışmaqdan imtina etdi - Qadınlara görə
İdman11:39 12.01.2023

Avstraliyalılar Əfqanıstanla yarışmaqdan imtina etdi - Qadınlara görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avstraliyanın kişilərdən ibarət kriket komandası Əfqanstanla yarışmamaq qərarına gəlib.
Qaynarinfo-nun məlumatına görə buna səbəb Əfqanıstanda qadınların hüquqlarının məhdudlaşdırılmasıdır. Bu səbəbdən avstraliyalılar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçiriləcək qarşıdakı oyunlarda iştirakdan imtina edib. Qərarın ölkədə qadınların işləmək, təhsil almaq, park və idman zallarından yararlanmaq hüququndan məhrum olunduğu üçün qəbul edildiyi vurğulanıb. Açıqlamada "Avstraliya Əfqanıstan da daxil olmaqla bütün dünyada kişilər və qadınlar üçün oyunun böyüməsini dəstəkləməyə sadiqdir. Qadınlar və qızlar üçün şərait yaxşılaşdırılarsa, Əfqanıstanın kriket komandası ilə tədbirlərdə iştiraka davam edəcəyik”.
Avstraliya oxşar səbəblərə görə 2021-ci ildə Əfqanıstan yığması ilə yoldaşlıq görüşünü ləğv edib.
Səbuhi Həsənov