Xəbər lenti

Avstriya 45 ildən sonra məşhur buzlaqlarını itirə bilər
Dünya 22:46 05.04.2024

Avstriya 45 ildən sonra məşhur buzlaqlarını itirə bilər

Avstriyadakı Alp buzlaqları 45 ildən sonra tamamilə əriyə bilər. 

Qaynarinfo "Agence France-Presse" (AFP) agentliyinə istinadən xəbər verir ki, bu barədə Avstriyanın Alp Klubunun ekspertləri bildiriblər.

Mütəxəssislərin hesablamalarına görə, 2023-cü ildə Avstriyanın 93 buzlaqı orta hesabla 24 metr kiçilib. Eyni zamanda, Pasterze buzlaqı 203,5 metr, Rettenbaxfernenr isə 127 metr azalıb.

Alp klubu xəbərdarlıq edib ki, güclü istiləşmə səbəbindən 21-ci əsrin ikinci yarısına qədər demək olar bütün Avstriya buzsuz olacaq.

Təşkilat biomüxtəlifliyin qorunub saxlanılması üzrə ümumi səylər çərçivəsində buzlaqların daha çox qorunmasına çağırıb və qeyd edib ki, xizək kurortlarının genişləndirilməsi ilə əlaqədar ölkənin Alp rayonları daimi təzyiq altında qalır.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, 2023-cü ildə dünyanın ən böyük buzlaqları 1950-ci ildə rekordlar başlayandan bəri ən böyük buz itkisinə məruz qalıb.

WMO-nun yerləşdiyi İsveçrədə Alp buzlaqları təkcə son iki ildə öz həcminin 10%-ni itirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->