Azərbaycanlı rəssamlar Avstriya dövləti tərəfindən xüsusi mükafata layiq görülüblər.
Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, Milli İncəsənət Muzeyinin direktoru, rəssam Çingiz Fərzəliyev Avstriya Respublikasının “Böyük Fəxri Ordeni”, Azərbaycan Respublikasının xalq rəssamı Natiq Əliyev isə “Qızıl Fəxri Ordeni” ilə təltif olunublar.
Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex Vyanada dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun, Bakıda isə Avstriya bəstəkarı Volfqanq Amadeu Motsartın abidələrinin ucaldılmasını iki ölkə və xalq arasında dostluq münasibətlərinin göstəricisi olduğunu deyib.
Qeyd edək ki, Motsartın abidəsinin hazırlanmasında rəssam Çingiz Fərzəliyev və rəssam, heykəltəraş Natiq Əliyevin xüsusi rolu var.
Qaynar.info