Xəbər lenti

Avtomobil aşdı, xəsarət alanlar var
Ölkə14:55 01.01.2022

Avtomobil aşdı, xəsarət alanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Qaravəli kəndində qeydə alınıb. Belə ki, minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində rayonun Boyat kənd sakinləri - 2001-ci il təvəllüdlü Mövlayev Əkbər Elman oğlu və 2001-ci il təvəllüdlü Hacıyev Sənan Bəxtiyar oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.