Xəbər lenti

Avtomobil divara çırpıldı, sürücü öldü
Ölkə16:17 23.08.2014

Avtomobil divara çırpıldı, sürücü öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Qaynar.info Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, avqustun 23-də saat 03 radələrində Binəqədi rayonu Natəvan küçəsində Bakı şəhər sakini Hüseyn Bəylərov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb, 4 sərnişini xəstəxanaya yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qaynar.info