Xəbər lenti

Avtomobil piyadanı vurub öldürdü - Salyanda
Ölkə17:00 21.05.2016

Avtomobil piyadanı vurub öldürdü - Salyanda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi saat 19.00 radələrində Salyan-Şirvan magistral yolunda, Salyan rayonunun Qaraçala kəndi ərazisində baş verib. Rayonun 2-ci Varlı kənd sakini, 1990-cı il təvəllüdlü Pənahov Şəhriyar Qurban oğlu yolu keçərkən “VAZ 2107” markalı 10 XZ 195 dövlət nömrə nişanlı avtomobillə vurulub. Ağır bədən xəsarətləri alan piyada Şirvan şəhər xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.
Qaynarinfo.az