Xəbər lenti

Avtomobillərin icbari sığorta qiymətləri artdı (VİDEO)
Ölkə19:03 21.08.2023

Avtomobillərin icbari sığorta qiymətləri artdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son dövrlərdə avtomobillərin icbari sığortasında qiymətlərdə artımlar müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, sığorta eksperti Vüsal Bədəlov Xezerxeber.az-a bildirib ki, bu sahədə tətbiq edilən yeni qaydalar qiymət dəyişikliyinə səbəb olub. Onun sözlərinə görə, bəzi sığorta şirkətlərində nəqliyyat vasitələrinin icbarı sığortasına maraq bir qədər azalıb.
Ekspert diqqətə çatdırıb ki, hazırki qiymətlər  sığorta şirkətlərinin xərclərini qarşılamır. Çünki sığortalıya ödənilən vəsaitin miqdarı xeyli yüksəlib. Ekspert bunu müəyyən səbəblərlə əlaqələndirib.
O, qeyd edib ki, gələcəkdə icbari sığorta qiymətlərində yenidən bahalaşmanın şahidi ola bilərik.
Vüsal Bədəlov əlavə edib ki, sığorta şirkətləri qiymətləri yenidən artıracağı təqdirdə sığortalıya ödənilən məbləğin də həcmi yüksələcək.