Xəbər lenti

Çavuşoğlu: "ABŞ-a S-400 məsələsinin bizim üçün bitdiyini söylədik"
Siyasət16:17 24.03.2021

Çavuşoğlu: "ABŞ-a S-400 məsələsinin bizim üçün bitdiyini söylədik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Brüsseldəki NATO qərargahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
APA-nın xəbərinə görə, mətbuat konfransı keçirən Çavuşoğlu görüş zamanı toxunulan məsələlərdən danışıb.
O qeyd edib ki, Blinkenlə konstruktiv olaraq görüşüb: "Görüş zamanı S-400 məsələsinin Türkiyə üçün bitdiyini dedim. Bundan sonra başda ABŞ olmaqla müttəfiqlərimizlə ehtiyaclarımızı qarşılamaq üçün əməkdaşlıq edəcəyimizi bildirdim. ABŞ dövlət katibi ilə Türkiyədə və ya ABŞ-da daha geniş tərkibdə görüşün keçiriləcəyinə dair razılığa gəldik”.