Xəbər lenti

Çavuşoğlu: "Türkiyə hava məkanını Rusiyaya bağlamayacaq"
Siyasət15:37 04.03.2022

Çavuşoğlu: "Türkiyə hava məkanını Rusiyaya bağlamayacaq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Türkiyə Rusiyaya hava məkanını bağlamayacaq".
Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Ankara Rusiya üçün hava məkanını bağlamayacaq. Türkiyə hava məkanının açıqlığı strateji və humanitar baxımdan vacibdir", - Çavuşoğlu qeyd edib.
Türkiyə diplomatiyasının rəhbəri həmçinin əlavə edib ki, Ankara həm Rusiya, həm də Ukrayna ilə əlaqələri davam etdirir.