Xəbər lenti

Çavuşoğludan İrəvana xəbərdarlıq: “Atəşkəs pozulsa...”
Siyasət14:05 08.01.2021

Çavuşoğludan İrəvana xəbərdarlıq: “Atəşkəs pozulsa...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ münaqişəsinə toxunub.
Modern.az xəbər verir ki, nazir Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə işə başlayacağını deyib. O, Mərkəzin atəşkəsin pozulması hallarına ciddi nəzarət edəcəyini xatırladıb. 
"Biz Azərbaycan ərazisində, müəyyən edilmiş nöqtədə Dağlıq Qarabağda atəşkəs rejiminə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin tikintisini davam etdiririk. Monitorinq Mərkəzinin əsas vəzifəsi atəşkəs rejiminə nəzarət etmək olacaq. Atəşkəs pozulsa, cavab tədibləri görüləcək”. 
Çavuşoğlu Ermənistanın ötən müddətdə atəşkəs rejimini 3 dəfə pozduğunu əlavə edib.