
"Bu məsələ müzakirə mövzusu deyil"
Dəfələrlə Müsavat Partiyası ilə müttəfiq olan və bir çox siyasi qurumlarda bərabər təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Arif Hacılını Müsavat başqanı seçilməsi münasibəti ilə təbrik etməyəcək.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Aktual.az-a bildirib ki, elə bir məsələ gündəmdə yoxdur: "Ümumiyyətlə, bu məsələ müzakirə olunmur. Eyni zamanda Müsavat Partiyası ilə gələcək əməkdaşlıq da bu gün müzakirə mövzusu deyil".
Qeyd edək ki, Müsavat Partiyası Milli Şuradan çıxdıqdan sonra AXCP ilə münasibətlər korlanıb. Belə ki, bir neçə dəfə AXCP Müsavatın qoşulduğu tədbirlərdə iştirak etməkdən imtina edib.
Qaynar.info