Xəbər lenti

AXCP bəyanat yaydı
Siyasət07:35 11.05.2013

AXCP bəyanat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) tanınmış vəkil Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı bəyanat yayıb. 

Qaynar.info-nun məlumatına görə, partiya hesab edir ki, cəmiyyətin haqqı ədaləti, hüquq pozulanları müdafiə edən kimi tanıdığı ictimai xadim Aslan İsmayılov Vəkillər Kolegiyasının üzvlüyündən qondarma əsaslarla, bəhanələrlər uzaqlaşdırılıb: 

"Aslan İsmayılovun Vəkillər Kolegiyasının üzvlüyündən uzaqlaşdırılması, onun peşəkar fəaliyyətdən məhrum edilməsi indiyə qədərki prinsipial vətəndaş mövqeyinə, ölkədəki eybəcərliklər bağlı göstərdiyi sərt ziyalı mövqeyi üçün siyasi mülahizələrlə müəyyənləşdirilən cəzadır. Vəkillər Kolegiyası çox təəssüf ki, öz peşəkar fəaliyyətindən gen duraraq, insan hüquq və azadlıqlarının qorunmasından daha çox Azərbaycan hakimiyyətinin əlində cəza alətinə çevirlirib. Ölkə ictimaiyyətinin böyük hörmətlə qəbul etdiyi İntiqam Əliyevin, Ənnağı Hacıbəylinin, Qurban Məmmədovun, Elçin Namazovun, Xalid Bağırovun, Osman Kazımovun, Namizəd Səfərovun, Eldar Qurbanovun və s. müxtəlif zamanlarda kollegiyadan qondarma əsaslarla uzaqlaşdırıması dediklərimizə sübutdur".

AXCP bəyan edir ki, hakimiyyətin son aylarda daha da aqressivləşməsi, partiya strukturlarının evlərdə belə keçirdiyi yığıncaqlara müdaxilə etməsi, bir sıra hallarda opponetlərinə qarşı fiziki gücdən istifadə etməsi, gənclərə qarşı göstərilən xüsusi amansızlıqlar və o cümlədən Aslan İsmayılov kimi ictimai xadimə qarşı seçilən cəza siyasəti rejimin bilavasitə yaxınlaşan dəyişikliklərlə bağlı qorxusundan irəli gəlir.

Bəyanatda qeyd olunub ki, bütün dünya təcrübəsində olduğu kimi Azərbaycanda da sərt anti-insani tədbirlər belə xalqımızın köklü demokratik dəyişikliklər uğurunda mübarizəsinin qarşısını ala bilməyəcək.

AXCP əmindir ki, ölkənin prinsipial hüquqşünasları da, siyasi qüvvələri, ziyalıları, gəncləri də ölkədə ciddi dəyişiklərə nail olanadək heç nəyə baxmadan mübarizələrini davam etdirəcəklər. 

Qaynar.info