Xəbər lenti

AXCP funksionerinin oğlu azadlığa buraxıldı
Siyasət12:05 13.02.2015

AXCP funksionerinin oğlu azadlığa buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AXCP Təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin məhkəmə prosesi keçirilib.

Avropa.info xəbər verir ki, Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə hakim Sənan Daşdəmirlinin vəkilinin vəsatətini təmin edib.

S.Daşdəmirlinin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı ilə əvəz olunub. Onun barəsində istintaq işi daha iki ay müddətinə uzadılıb. 

Qeyd edək ki, Sənan Daşdəmirli noyabrın 17-də yaşadığı evin qarşısında həbs olunub. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan Sənanın narkotik satdığı üçün saxlandığı bildirlir.

Qaynar.info