Xəbər lenti

AXCP prezident seçkilərində iştirak edəcəkmi?
Siyasət06:44 02.03.2013

AXCP prezident seçkilərində iştirak edəcəkmi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Müsavatın seçkilərə öz namizədi ilə qatılmaq niyyəti bu partiyanın öz işidir”

“AXCP istər Müsavatın, istərsə də hansısa digər partiyanın öz namizədini təbliğ etməsində yox, ölkədə demokratik seçki mühitinin yaradılmasında maraqlıdır”. Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Asəf Quliyev verib.

“Təbii ki, hər partiya öz namizədi ilə seçkidə iştirak etmək niyyətindədir. İctimai Palatada təmsil olunan Müsavat Partiyasının seçkilərə öz namizədi ilə qatılmaq niyyəti bu mənada qurumun öz işidir”.

O, AXCP-nin seçki ilə bağlı mövqeyi və baxışlarını da açıqlayıb: “Demokratik şərait olmayacaqsa, seçki komissiyalarının formalaşmasında ədalətli bölünmə həyata keçirilməyəcəksə, seçkilərdə iştirakın heç bir mənası qalmır. Bundan başqa Yeni Azərbaycan Partiyasının da namizədi müəyyənləşməyib. Yəni YAP bunu açıqlamayıb”.

A. Quliyev bildirib ki, AXCP bütün siyasi və ictimai qüvvələrin bir araya gəlib, seçkidə birgə iştirakına tərəfdardır. 

Qaynar.info