
AXCP sədrinin müşaviri Məmməd İbrahimin kassasiya şikayəti icraata verilib.
Bu barədə vəkil Yalçın İmanov məlumat verib.
Vəkilin sözlərinə görə, Ali Məhkəmədə keçiriləcək kassasiya şikayəti üzrə məhkəmə iclası hakim İlham Cəfərovun icraatına verilib. Y. İmanov məhkəmə prosesinin vaxtının hələ açıqlanmadığını deyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə M.İbrahim 3 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü dəyişdirmədən saxlayıb. //azadlıq.info
Qaynarinfo.Az