Xəbər lenti

AXCP üzvü həbsdə qaldı
Siyasət13:56 05.04.2013

AXCP üzvü həbsdə qaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sumqayıt Apellyasiya Məhkəməsində AXCP Sumqayıt şəhər təşkilatının üzvü Daşqın Məlikovun apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib.

Ə.Mustafayev prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, D.Məlikov Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan narkotik vasitələrin saxlanması) maddəsi ilə ittiham olunur. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən D.Məlikov barəsində 2 ay müddətinə həbs-qətimkan seçilib.

Qaynar.info