
- Bu gün onu gördüm...
- Harda?
-Metronun qabağında. Məni görəndə üzünü yana tutdu. Addımlarınıyeyinlədib getdi. Gözdən itənəcən arxasınca baxdım... Onu sevirəm,Mövlud.
Yazar dostum Ayxan Ayvaz neçə ildir Yetər adlı bir qızı dəli kimi sevir. Nə qədər eşq elan eləyib,yalvar-yaxar edib, dil töküb. Pah atonnan, qızın ürəyi daşdır ki,daşdır! Ziyalı, yaraşıqlı oğlana Allahın quruca “hə”sini də deməkistəmir. Dostumun bütün dostları –içi mən qarışıq- neçə ildir Ayxanı oqızdan soyutmağa çalışırıq. Alınmır. Bütün cəhdlərimiz uğursuzluğa düçarolur.
Ayxan o qızı hələ universitetə hazırlaşdığı illərdəntanıyır. Qonşu məhəllələrdə yaşayırmışlar. Bir repetitorun yanınagedirmişlər. İndi ikisi də da universiteti bitirmək üzrədir. Görün nəqədər müddət keçib. Dostum hələ də o qızın dalınca düşür.
-Bu gün onunla rastlaşdım.
- Hə, nə dedin?
- Qulaq asmadı ki...”Sonra danışarıq”,- deyib getdi...
Dostumunəziyyət çəkməsi məni kədərləndirir. Həmişə bir yol tapıb onu Yetərxəyallarından xilas etmək istəyirəm. Ancaq faydası olmur. Hələ bir dəfəüstünə bir az çox getdim. Az qalırdı mənimlə dalaşsın. Həmən sözümü gerigötürdüm. Güclə sakitləşədirə bildim.
İncəvaraAyxan bu neçə ildə əlini-qolunu yanına sallamayıb. Daim axtarışda olub.O qızı unutmaq, başqasını sevmək istəyib. Ancaq hər dəfəsindəuğursuzluğa düçar olub. Yetəri unutdurası qızlar, Yetərə daha çoxbağlayıblar Ayxanı. Onu hər dəfə gözəl bir qızla tanış etdiyim gün gecəmənə mütləq belə bir mesaj yazıb:
-Mövlud, bağışla, onu unuda bilmirəm...
O günü yenə başlamışdı. Yetərə olan sonsuz məhəbbəti barədə danışırdı:
-Hamıyayalandan deyirəm ki, vaxtiylə sevgili olmuşuq. Bir il olar ayrılmışıq.Ömrümdə üç gün belə olsa sevgili olmadığım, heç bir xatirəmiz olmayanbir qıza bu qədər bağlılığımı adamlar başa düşməz. Bu neçə ildə çox cəhdelədim. Onu unutmaq istədim. Alınmadı. Bacara bilmədim. Ancaq o dasevmədi məni, sevə bilmədi. Bu illər ərzində iki sevgilisi olub. Hələuşaqlar mənə deyir ki, parkda onu oğlanla öpüşən görüblər. Bilirsən,Mövlud...
Sözünü kəsdim dostumun. Əlimi çiyninə qoyub danışmağa başladım:
-Ayxankişi, “Səfillər”i oxumamış deyilsən. Balaca Kozettasına pul göndərməküçün ağzındakı dişini satan Fantinadan danışanda göz yaşlarını tutabilmirsən. Dişini satandan sonra evdəki güzgünü atmağı səhnəsi...Həmişəbu barədə danışanda gözün dolur. Elədir, elə deyil?
- Düzdür, düz deyirsən...
-Ay sağ ol, indi icazə ver səndən soruşum, Hüqonu oxuyanda gözləridolan, insan əzabları qarşısında baş əyən bir yazıçını sevməyi buqədərmi asan iş hesab edirsən? Axı sən Yetərə Fantinadan danışsan eləbilər parklarımızdakı fontanlardan danışırsan. Orta statistik birAzərbaycan qızını niyə bu qədər yükləyirsən? Niyə imkan vermirsəngetsin, maşını, evi, pulu olan, şəhərin beş yerində mağaza işlədən biroğlan tapsın özünə?
Ayxan cavab vermədi. Başını aşağı salıb siqaret yandırdı.