Xəbər lenti

Axşam Heydər Əliyev prospektinə getməyin
Ölkə10:07 14.04.2014

Axşam Heydər Əliyev prospektinə getməyin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün axşam Heydər Əliyev prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

“Azəryolservis” ASC-dən  verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Heydər Əliyev prospekti - Əsas yolda (Koroğlu metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.

Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.

Qaynar.info