Ukraynanın Azərbaycanda səfiri olmuş, keçmiş deputat Elmira Axundovanın yaxın adamı kimi tanınan Elnur İbrahimovun Nəsimi Rayon Məhkəməsində qaldırdığı iddia təmin olunmayıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Elnur İbrahimov Ali Məhkəmənin 10 il əvvəl çıxardığı qərarda 350 min manat ziyanın 200 min manat hesablanmasını tələb edib.
İş hakim Həbibə Miriyevanın icraatında olub. Bir neçə gün əvvəl keçirilən prosesdə işə baxılıb və hakim iddianı təmin etməyib.
Elnur İbrahimovun bu addını hər vəchlə zərərçəkmişlərə dəymiş ziyanı ödəməkdən yayınmaq üçün atılan addım kimi dəyərləndirilir.
Elmira Axundovanın yaxın adamı kimi tanınan Elnur İbrahimov 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirli bilinib. Həmin hökmlə onun mülki iddiaçı Fərman Məmmədova 350 min manat ödəməli olduğu da göstərilib. Lakin indiyədək Elnur İbrahimov ziyanı ödəməyib.
Elnur İbrahimov dələduzluq əməlində Elmira Axundovanın və oğlu Həbib Axundovun adı da hallanır. Mediada gedən məlumatlara görə, əslində işdə əsas fiqurant Həbib Axundovdur. Elnur İbrahimov isə keçmiş deputatın oğlunu məsuliyyətdən yayındırmaq üçün qurban verilib.
Seyid
Şərhlər