Xəbər lenti

Ayaz Mütəllibov: “Hacı Əbdül mənə yaxın adam olmayıb”
Siyasət08:00 22.10.2014

Ayaz Mütəllibov: “Hacı Əbdül mənə yaxın adam olmayıb”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Hacı Əbdülün dediklərində məntiqli nəsə yoxdur.
Bir vətəndaş kimi hər zaman Haci Əbdülə hörmət etmişəm”. Bunu Modern.az saytına Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Hacı Əbdülün onun tövbə olunmasını istəməsinə münasibət bildirərkən deyib: “Onunla görüşmüşük, təmasda olmuşuq, amma elə də yaxın münasibətimiz olmayıb ki, nəyisə şərh edim. Hacı Əbdülü nə uzaqlaşdırmışam, nə də özümə o dərəcədə yaxın bilmişəm. Mövqeyinə, ədalətin arxasınca getdiyinə görə ona hörmətim olub. Burda pis heç nə yoxdur”.

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov Modern.az-a müsahibəsində bir neçə siyasətçilərin tövbə olunmasının vacibliyini vurğulayarkən, Ayaz Mütəllibovun da adını çəkib.

Qaynar.info