Xəbər lenti

AYB üzvünün şirkəti tender qalibi oldu (FOTO)
Ölkə07:51 26.04.2022

AYB üzvünün şirkəti tender qalibi oldu (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi "Agro Supply Services” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 48650 AZN olan müqavilədə "keçiriləcək idman yarışlarına idman mallarının alınması” nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Agro Supply Servicse” MMC 28 dekabr 2020-ci ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Binəqədi rayonu, 6-cı mikrorayon, ev 1B, mənzil 23-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Niyazi Əlikram oğludur.
Açıq mənbələrdə "Agro Supply Services” MMC haqqında hər hansı məlumat yoxdur.
Niyazi Həsənova gəlincə, o, Azərbaycan Dövlət İqtisad Universiteninin Biznesin idarə edilməsi kafedrasında dosent vəzifəsində çalışır və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Niyazi Həsənov
"Agro Supply Services” MMC-nin adı şirkətin kənd təsərrüfatı sahəsinə aid olduğunu göstərir. Ötən il Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə şirkət arasında satınalma müqaviləsinin imzalanması faktı da bunu təsdiq edir. Bu baxımdan, şirkətin idman malları satması maraqlı görünür.
Qeyd edək ki, Bakı şəhər Gənclər və İdman İdarəsi Gənclər və İdman Nazirliyinin struktrudur. 
Seyid