Xəbər lenti

Aydın Abbasov atası haqqında yazılanlardan DANIŞDI
Siyasət10:08 16.05.2014

Aydın Abbasov atası haqqında yazılanlardan DANIŞDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yeni Müsavat" qəzetinin atam haqqında yazdıqlarına heç bir reaksiya verməyəcəm. Qoy yazsınlar. Onları məhkəməyə vermək fikrim də yoxdur. Mən jurnalistlərlər, mətbuatla münasibətlərimi korlamaq istəmirəm. Amma gərək mətbuat da həqiqəti yazsın".

Qaynar.info xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında baş nazirin sabiq birinci müavini, “AzerRoss”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun oğlu Aydın Abbasov "Yeni Müsavat"-ın bu günkü sayında dərc edilən "Abbas Abbasovun Bakıdakı gizli partiyası bilindi" başlıqlı yazıda qeyd olunanlara münasibət bildirərkən deyib.

Yazıda bildirilir ki, bu ilin fevralın 23-də isə ilk qurultayını keçirən Gələcək Azərbaycan Partiyasının (GAP)  əvvəldən Rəsul Quliyevin xeyir-duası və maddi dəstəyi ilə yaradıldığı məlum olsa da, rəhbərlikdə Abbas Abbasovun da olması uzun müddət gizli saxlanılıb. "A.Abbasovun partiyanın  gizli rəhbəri olduğu mayın 14-də GAP-ın İdarə Heyətinin toplantısında məlum olub. Redaksiyamıza verilən xəbərə görə, toplantıya əvvəl eks-spiker Rəsul Quliyev skayp vasitəsilə qatılıb. Bundan sonra isə əsl sensasiya baş verib. Partiyanın rəhbəri Ağasif Şakiroğlu toplantıya skaypla Abbas Abbasovun da qatılacağını elan edib. Nə baş verdiyindən xəbərsiz olan İdarə Heyətinin üzvləri Abbas Abbasovu da dinləməli olublar. O da partiya rəhbəri kimi çıxış edərək İdarə Heyətinə öz tövsiyələrini verib. Məlumatda deyilir ki, sabiq vitse-premyerin çıxışından da belə anlaşılıb ki, o da partiya rəhbərliyindədir və GAP-ın tezliklə Azərbaycanda müxalifətin yeni güc mərkəzinə çevrilməsini istəyir. Həm Rəsul Quliyev, həm Abbas Abbasov çıxışlarında Respublika günü - 28 may törənlərində GAP-ın mütəşəkkil partiya kimi hakimiyyətin diqqətini çəkməsini istəyiblər", - deyə, yazıda vurğulanır. 

Aydın Abbasov daha öncə Teleqraf.com-a açıqlamasında atasının hakimiyyətə sədaqətli olduğunu və mətbuatda onun barəsində yazılanların cəfəngiyat olduğunu bildirib.

GAP isə yazılanlara münasibət bildirməyə tələsmir. Partiya sədri Ağasif Akifoğlu Teleqraf.com-a bildirdi ki, yazılanlarla bağlı açıqlama veriləcək.

Qaynar.info