Xəbər lenti

AYİB-in Azərbaycanla bağlı artım proqnozuna iqtisadiyyatçıların fərqli baxışı
Ekonomiks13:16 01.04.2022

AYİB-in Azərbaycanla bağlı artım proqnozuna iqtisadiyyatçıların fərqli baxışı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"AYİB-in ölkəmizlə bağlı verdiyi bu proqnoz nəinki özünü doğruldacaq, hətta rəqəmsal olaraq daha yüksək olacaq”. 
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycan iqtisadiyaytının 2022-ci ildə 5 faizə qədər artacağı barədə proqnozunu şərh edərkən deyib:
"Əlbəttə ki, hər hansı bir əngəl baş verməsə. 2019-cu ilin sonunda iqtisadiyyatın yüksək dinamikası ilə növbəti ilə daxil olmaq ərəfəsində idik. Sadəcə olaraq, pandemiya dünyada olduğu kimi, Azərbaycan iqtisadiyyatının inkişafına da müəyyən problemlər yaratdı. Həmin dövrdə iqtisadiyyatımız durğunluq dövrünü yaşadı. Amma postpandemiya dövründə iqtisadiyyatımızda kəskin artımın olacağı gözləniləndir. Bu da özünü cari ildən başlayaraq göstərəcək. 2022-ci ilin iki ayının göstəricilərinə görə də artıq iqtisadiyyatımızda artım tempini müşahidə edirik. Bu artım tempini də ilk növbədə enerji sənayesi sahəsində əldə edilən göstəricilərdə görəcəyik. Neft və qazın qiymətinin kəskin bahalaşması birmənalı şəkildə Azərbaycan iqtisadiyyatının inkişafına birbaşa şərait yaradır. Amma ümumilikdə götürsək, demək olar, bütün sahələrdə inkişaf dinamikasını müşahidə edəcəyik”. 
İqtisadçı ekspert Nazim Bəydəmirli isə həmin proqnozun özünü tam doğruldacağına inanmır: 
"Bu tip beynəlxalq təşklatlar əslində verdikləri proqnozları il ərzində bir neçə dəfə dəyişdirirlər. Hazırda, bilirsiniz ki, neftin qiyməti xeyli bahalaşıb. Məhz bu amili nəzərə alaraq, AYİB Azərbaycanla bağlı belə pozitiv proqnoz verib. Amam neftin qiyməti düşəcəyi təqdirdə, bunu da ilin birinci yarım ilinin sonunda biləcəyik, güman etmirəm ki, qeyri-neft sektoru bu qədər artsın. Əlbəttə, istərdik ki, ölkə iqtisadiyyatı böyüsün. Ancaq böyüyən iqtisadiyyat vətəndaşların da rifah halına müsbət təsir göstərməlidir. Əslində, beynəlxalq agentliklər hökumətin verdiyi statistikaya əsaslanaraq, belə proqnozlarla çıxış edirlər. Amma bunlar üst-üstə düşməyə bilər. Ona görə də adı elə proqnozdur”. 
Rüfət Sultan