Xəbər lenti

Ekonomiks 18:55 23.09.2024

"Az-Lead"in akkumulyator zavodunun vergi borcu milyonu ötüb

Sumqayıtda məşhur akkumulyator zavodunun dövlətə 1.3 milyon manatdan çox vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, zavod rəsmi olaraq "Az-Lead" MMC-nin tərkibində fəaliyyət göstərir və bu şirkətin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş İdarəsinə 1 milyon 381 min 305 manat 14 qəpik vergi borcu var. 

Hazırda şirkətlə DVX arasında məhkəmə çəkişməsi davam edir. Sumqayıt İnzibati Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə şirkətin borc məsələsinə baxılacaq. 
 


Qeyd edək ki, qanuni təmsilçisi Sadıqov Elxan Asif oğlu olan "Az-Lead" MMC 2014-cü ildə yaradılıb. Ərazisi 2500 m2 (qapalı) və 10 000 m2 açıq olan Sumqayıt Sənaye Zonasında yerləşir. "Az-Lead" MMC şirkəti istifadəyə yararsiz akkumulyator və qurğuşun tərkibli xammalın toplanılmasını, saflaşdırılmış qurğuşun külçələrin istehsalını və ixracı prosesini həyata keçirir.

"Az-Lead" MMC-nin nizamnamə kapitalı 100 faizi "İndart Holding" MMC-yə məxsusdur. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->