Xəbər lenti

Azad olunmuş torpaqlarda balıqartırma zavodlarının tikintisi planlaşdırılır
Ekonomiks13:34 20.05.2022

Azad olunmuş torpaqlarda balıqartırma zavodlarının tikintisi planlaşdırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İşğaldan azad olunmuş torpaqlarda balıqartırma zavodlarının tikilməsi çox vacib olan məsələdir”.
Qaynarinfo xəbər verir ki, bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.
O bildirib ki, çünki son 2 ildə Qarabağ və Şərqi Zəngəzur bölgəsində balıq balalarının çaylara buraxılması prosesi həyata keçirilib:
"Bəsitçayda, Həkəriçayda, Xanbulançayda, Suqovuşanda bunu etmişik. İşğaldan azad olunmuş torpaqlarda balıqartırma zavodlarının tikintisi planlaşdırılır. Biz bunu mütləq etməliyik. Qarabağda 23 növ balıq yetişdirmək olar. Həm Qarabağ, həm də Şərqi Zəngəzurda olan çaylarda olan balıq növləri öyrənilib”.
Azad olunmuş torpaqlarda balıqartırma zavodlarının tikintisi planlaşdırılır