Xəbər lenti

AZAL-ın təyyarəsinin pəncərəsinin sındı, uçuş 12 saat ləngidi
Ekonomiks07:30 31.07.2019

AZAL-ın təyyarəsinin pəncərəsinin sındı, uçuş 12 saat ləngidi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, "J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb. 
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, buna səbəb təyyarənin pəncərəsinin sınması olub. 
Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski "Report”a faktı təsdiq edib. 
Xatırladaq ki, "J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir.