Xəbər lenti

AZAL təyyarəsi Atatürk aeroportuna eniş edib
Ölkə09:41 29.06.2016

AZAL təyyarəsi Atatürk aeroportuna eniş edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

""Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə reysi həyata keçirən təyyarəsi ötən gün terror aktı törədilmiş Atatürk aeroportuna rahatlıqla eniş edib".

Qaynarinfo.az bildirir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

Bakıdan saat 09:00-da havaya qalxmış təyyarə yerli vaxtla saat 10:50-də İstanbula eniş edib və saat 13:20-də geriyə dönəcək. Çərşənbə gününə Bakı-İstanbul üzrə daha 4 reys planlaşdırılıb: AZAL-ın iki reysi saat 16:35 və 19:15-də, "Türk Hava Yolları"nın isə Bakı vaxtı ilə saat 15:00 və 22:05-də reysləri həyata keçiriləcək.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.

Qaynarinfo.az