Xəbər lenti

AZAL Türkiyəyə təxirə salınan aviareysləri AÇIQLADI
Ölkə08:08 16.07.2016

AZAL Türkiyəyə təxirə salınan aviareysləri AÇIQLADI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi ilə bağlı təxirə salınan aviareysləri açıqlayıb.

Qaynarinfo.Az bildirir ki, bu barədə AZAL-ın yaydığı məlumatda bildirilir.

"Ötən gecə Türkiyədə baş verən hadisələr ilə əlaqədar olaraq AZAL-ın aşağıdakı reysləri təxirə salınıb:

J2-8103 (06:45) Bakı-İstanbul

J2-8075 (08:45) Bakı-İstanbul

J2-8003 (09:10) Bakı-Ankara

"Bu reyslərə aviabilet alan sərnişinlər aviabiletlərinin tarixini istədiyi tarixə pulsuz olaraq dəyişdirə və yaxud da heç bir tutulma olmadan qaytara bilərlər", - deyə məlumatda bildirilir.

Bundan başqa, Türkiyə kurortlarına AZAL reyslərinin heç bir dəyişiklik olmadan cədvələ uyğun olaraq yerinə yetirildiyi bildirilir.

Eyni zamanda, M.Müezzinoğlu qiyamçılara qarşı edam cəzasının verilməsinin də müzakirə olunacağını dilə gətirib.

Qaynarinfo.Az