Xəbər lenti

AZAL xəbərdarlıq etdi: problem yarana bilər - VİDEO
Ölkə13:25 09.04.2017

AZAL xəbərdarlıq etdi: problem yarana bilər - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan Hava Yolları" QSC (AZAL) öz sərnişinlərinə və veb-saytının istifadəçilərinə xəbərdarlıq edib.
AZAL-dan "Qaynar"a verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, "Amadeus" sisteminin yenilənməsi ilə əlaqədar olaraq, bəzi cihazlarda saytdakı informasiyanın təsvirində problemlər yarana bilər.
"Nəticədə aviabiletlərin əldə edilməsi prosesində çətinliklər ilə qarşılaşa bilərsiniz. Bu cür problemlərlə rastlaşan istifadəçilərdən 
veb-saytın açılışından öncə brauzerin keşini təmizləməyi tövsiyə edirik. Suallarınız yaranarsa, 24 saat çalışan çağrı mərkəzinə müraciət edə bilərsiniz: [email protected]",- deyə məlumatda bildirilir.
Şirkət müvəqqəti narahatlığa görə üzr istəyir.
Müxtəlif brauzerlərdə keşin təmizləməsi üzrə təlimat aşağıdakı videoda təqdim edilib:
Qaynar.Az