İdman 15:20 08.02.2024

Azarkeşlər oturacaqları sındırıb “Turan Tovuz”u xərcə saldı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən oyunlarla bağlı aşağıdakı qərarlar çıxarılıb. 

"Səbail” – "Qarabağ” oyununda "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə "Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

"Səbail” – "Qarabağ” oyununun 66-cı dəqiqəsində "Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, "Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 36.5);

"Sabah” – "Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə "Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

"Sabah” – "Turan Tovuz” oyununda "Turan Tovuz” klubunun azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər "Turan Tovuz” klubu tərəfindən qarşılansın (maddə 54.2);

Səbuhi Həsənov