Xəbər lenti

Azər Xudiyevin Göygöldə seçicilərlə izdihamlı görüşü: məşhurlar ona dəstək verdi (FOTO/VİDEO)
Siyasət09:58 04.02.2020

Azər Xudiyevin Göygöldə seçicilərlə izdihamlı görüşü: məşhurlar ona dəstək verdi (FOTO/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
6-cı çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kompaniyası çərçivəsində, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyi qeydə alınmış Azər Xudiyevin, 2 fevral Gənclər günü ilə bağlı təşkil etdiyi növbəti təbliğat-təşviqat kompaniyası baş tutub.
Qaynarinfo xəbər verir ki, Göygöl rayonunda təşkil olunmuş görüşdə, öz təşəbbüsü ilə rayonun gəncləri, ağsaqqalları və bir çox ziyalıları iştirak edib. Seçicilərlə görüşdən əvvəl ulu öndər Heydər Əliyevin büstünü ziyarət edən Azər Xudiyev əkili qoyaraq, ümummilli liderin xatirəsini yad edib. 
Daha sonra secicilərlə görüşə davam edən Azər Xudiyev rayon sakinlərinə öz platformasını təqdim etmişdir. Çıxışında rayondakı bir sıra problemlərə də toxunan Azər Xudiyev, bu problemlərin həlli istiqamətində addımlar atacağını söyləyib.
Digər namizədlərdən fərqli olaraq Azər Xudiyevin çıxışı rayon sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb və öz alqışları ilə dəstəklərini bildiriblər.
Bundan əlavə Azər Xudiyevə dəstəklərini bildirmək məqsədi ilə Niyam Salami, Bahar Lətifqızı və digər yerli məşhurlar, həmçinin Göygöl rayon uşaqlardan ibarət "Bahar rəqs qrupu" iştirakı etmiş və onların ifaları ilə konsert proqramı baş tutub.
Sonda isə Azər Xudiyev seçicilərin xahiş və problemlərini dinləyib və xatirə şəkilləri çəkdirib.
<iframe width="697" height="392" src="https://www.youtube.com/embed/FZsb9HC0BrI" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">
<iframe width="697" height="392" src="https://www.youtube.com/embed/bAXXwjkPJHY" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen="">