Xəbər lenti

Azərbaycan 70-dən çox yeni gəmi alacaq
Ölkə18:45 25.06.2018

Azərbaycan 70-dən çox yeni gəmi alacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaxın 10 ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ümumi dəyəri 1,5 milyard manat olan 72 gəmi almaq niyyətindədir.
Modern.az-ın məlumatına görə, bunu QSC-nin sədri Rauf Vəliyev Dənizçilər gününə həsr olunan tədbirdə deyib.
R.Vəliyev bildirib ki, 2015-ci ildən Xəzər Dəniz Gəmiçiliyi kapitallaşmanı 310 milyon manat artırıb:
"Şirkətin dəyəri 1 milyard manat qiymətləndirilir. Son bir neçə il ərzində 437 milyon manat kapital investisiyaları həyata keçirmişik. Bunun 99 faizi şirkətin gəlirləri hesabına olub".
Qeyd edək ki, hazırda QSC-nin balansında 23 tanker, 20 yük gəmisi, 2 "Ro-Ro" tipli gəmi və 13 bərə var.