Xəbər lenti

Azərbaycan 9 ayda 1,3 milyard borc qaytarıb
Ekonomiks08:28 16.10.2024

Azərbaycan 9 ayda 1,3 milyard borc qaytarıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsi xərclərinin 1 milyard 295,5 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.
Qaynarinfo bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, 9 ay ərzində dövlət borcuna xidmətlə bağlı xərclərin 1 milyard 125,2 milyon manatı xarici, 170,3 milyon manatı isə daxili dövlət borcuna xidmət xərcləri olub.