Xəbər lenti

Azərbaycan anti-İran koalisiyasına qoşulacaqmı? - Tofiq Zülfüqarovun şərhi
Siyasət07:41 01.02.2023

Azərbaycan anti-İran koalisiyasına qoşulacaqmı? - Tofiq Zülfüqarovun şərhi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bu məsələ Tehranın Azərbaycana münasibətdə yürütdüyü siyasətindən asılıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov regionda gərginləşən münasibətlər fonunda İrana qarşı beynəlxalq koalisiya yaradılacağı təqdirdə, Bakının tutmalı olduğu mövqeyi dəyərləndirərkən deyib.
"İran Azərbaycanla əlaqələrində normal münasibətlər yaratsa, Bakı özünün ənənəvi siyasətini davam etdirəcək. Yəni, bəyan olunduğu kimi, Azərbaycan heç zaman hansısa üçüncü qüvvələrin ölkəmizin ərazisindən İrana qarşı plasdarm kimi istifadə etmələrinə imkan verməyəcək”, deyə sabiq XİN rəhbəri bildirib.
Həmsöhbətimiz bununla belə bildirir ki, İran düşmənçilik siyasətini davam etdirdiyi təqdirdə isə Azərbaycan başqa yolu da tuta bilər:
"Hər şey, atılacaq addımlar, Tehranın ölkəmizə münasibətdə həyata keçirəcəyi siyasətindən asılı olacaq. Azərbaycan gərginliyin, qarşıdurmanın tərəfdarı deyil. Mövcud gərginlik İran tərəfindən Azərbaycana qarşı həyata keçirilir. İranın siyasi elitası hansısa ermənipərəst şüarlar səsləndirir, düşmənimizin tərəfini tutur. Biz prosesləri izləyirik. Bu baxımdan, sözügedən situasiyada ölkəmizin verəcəyi qərarın məhz həmin amildən asılı olacağı məntiqlidir”. 
Rüfət Sultan