Xəbər lenti

Azərbaycan Avropa qarşısında öhdəlik götürdü
Siyasət08:23 19.05.2014

Azərbaycan Avropa qarşısında öhdəlik götürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Avropa İttifaqı qarşısında üzv ölkələrə qanunsuz köçən vətəndaşların geri qaytarılması və bununla bağlı digər məsələlərlə əlaqədar yeni öhdəliklər götürür.

Bu, mayın 19-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası(geri qaytarılma) haqqında” sazişdə əksini tapıb.

“Media forum” saytının məlumatına görə, sazişdə Azərbaycan Avropa İttifaqı ölkələrinə qanunsuz köç etmiş vətəndaşlarının geri qaytarılması ilə bağlı öhdəlik götürür. Sazişdə göstərilir ki, Avropa ittifaqına üzv dövlətin müraciəti əsasında və sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən Azərbaycan sorğu edən üzv dövlətin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri yerinə yetirməyən, Azərbaycan vətəndaşı olması sübut olunan və ya prima facie dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir. Sazişdə bu məsələ ətrafında daha bir sıra öhdəliklər də nəzərdə tutulub və eyni zamanda hansı şəxslərin necə readmissiya edilməsi açıqlanıb, şərtlər göstərilib.

Komitə sazişi təsdiqləyərək plenar iclasa tövsiyə edib.

Qaynar.info