Xəbər lenti

Azərbaycan avtobus istehsalına başladı
Ölkə13:47 19.05.2016

Azərbaycan avtobus istehsalına başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi (İB) ilk avtobusların yığılmasını həyata keçirməyə başlayıb.

Qaynarinfo.az trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

X.Fətiyev qeyd edib ki, istehsalın lokallaşdırılması 50 faizə çatacaq: "Zavodda istehsal edilən avtobuslar şəhər tipli olacaq və onlardan Bakıda və bölgələrdə istifadə etmək mümkün olacaq".

O qeyd edib: "Avtobuslarımızın və onların mühərriklərinin keyfiyyəti çox yüksək səviyyədə olacaq. Banları özümüz yığacağıq, mühərrikləri isə xarici istehsalçılardan alacağıq".

Qaynarinfo.az